I Divizionda XVII turun görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, lider "Araz Naxçıvan" doğma meydanda "İmişli"ni qəbul edib.
Qarşılaşma Muxtar Respublika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 38-ə yüksəldən "Araz Naxçıvan" liderliyini davam etdirir. "İmişli" isə 13 xalla 14-cü yerdədir.
“Araz Naxçıvan” – “İmişli” 3:0
Qollar: Fəhmin Muradbəyli, 17; 36; Orxan Əliyev, 67 (p.)

