I Divizionda XVII turun görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi-2" səfərdə "Qaradağ Lökbatan"ın qonağı olub.
Qarşılaşma Lökbatan təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
Xallarını 21-ə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Neftçi-2" isə 31 xalla 3-cü yerdədir.
“Qaradağ Lökbatan” - “Neftçi-2” 1:0
Qol: Sabir Allahquliyev, 43

