“Neftçi”nin baş məşqçisi: “Rəhbərlikdən bizə deyilib ki...”

17 Mart 2022 17:20 I Divizion 1 195
“Neftçi”nin baş məşqçisi: “Rəhbərlikdən bizə deyilib ki...”

“Keçənilki nəticəni təkrarlamaq bizə çətin olacaq”.

Bu sözləri “Sportino TV”yə açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov deyib.

I Divizionda 17 tur arxada qalıb. Ötən il çempion titulunu qazanan bakılı gənclər hazırda qeyri-sabit mövsüm keçirir.

“Ağ-qaralar” geridə qalan həftələr ərzində 26 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Təcrübəli mütəxəssis bunun səbəbini müəyyən amillərlə əlaqələndirib:

“Yayda və qışda komandadan gedənlər çox oldu. Hücum xəttində daha çox problem yaşayırıq.

Bu mövsümdən Divizionda yaş limiti də dəyişib. Əvvəl 4 “yaşlı”ya icazə verilirdi, indi 6. Bizdə isə əksəriyyət öz akademiyamızın yetirməsidir.

Rəhbərlikdən deyilib ki, akademiyanın yetirmələrinə üstünlük verək. Kənardan 21 yaşın üstündə təcrübəli futbolçu gətirmək olmur”.

Digər Xəbərlər
Xəbər Lenti