"Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportinfo.az-a açıqlama verib.
I Divizion təmsilçisinin çalışdırıcısı Tarek Zubirin transferini şərh edib:
"Yayda komandadan bir çox əsas heyət üzvü ayrıldı. Yeni transferlərlə bağlı çox çətinliyimiz oldu.
Rəhbərliyə müraciətimiz etmişdiku ki, divizion səviyyəsində bir neçə futbolçu gətirək. Yaydan belə planımız vardı, sadəcə, son anda alınmamışdı.
Qışa kimi bir çox problemlər bizə mane olmağa davam etdi. Heyət kasad idi. Təkrar rəhbərliyə müraciər etdik ki, bizə çox çətindir.
Yerli transferi mümkünsiz idi. Heç bir klub oyunçusunu buraxmaq istəmir. Bir qədər gecikmiş olsa da, yaydakı planımız indi baş tutdu.
Zubir bir neçə gündür bizimlə məşqə çıxır. Dünən artıq rəsmi müqavilədə bağlandı və MOİK-lə çempionat oyunumuzu (4:1) arenadan izlədi”.
Tarek Zubir "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin qardaşıdır. 27 yaşlı hücumçu "Zaqatala"ya kimi futzalla məşğul olub.
XANOĞLAN

