"Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubirin qardaşı Tarek Zubir I Divizionda çıxış edən "Zaqatala"a transfer olub.
Bu barədə 27 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
Fransalı forvard ona göstərilən etimada görə aşağı dəstə təmsilçisinə təşəkkürünü bildirib.
Bunadək futzalla məşğul olan Tarek Zubirin son klubu "Rustavi"dir. Gürcüstan klubundan ayrılandan bəri işsiz qalan ön xətt oyunçusu Azərbaycana elə qardaşının vasitəsilə gəlib.
Abdulla onun durumu ilə bağlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova müraciət edib və kömək istəyib.
Ağdam klubunun çalışdırıcısı da öz növbəsində qardaşına - "Zaqatala"nın prezidenti Musa Qurbanovu bununla bağlı məlumatlandırıb.
Aşağı liqa təmsilçisi fransalı yeni forvardına məvacib kəsməyib. O, öz "kisə"sindən yeyəcək. Daha doğrusu, Abdulla Tarekin buradakı xərclərini şəxsi imkanı hesabına qarşılayacaq.
"Zaqatala", sadəcə, onu ev və qida ilə təmin etməyi üzərinə götürüb.
SPORTİNFO.AZ


