I Divizionda 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.
Turun ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ-2” öz meydanında “Səbail-2”ni qəbul edib.
Son 5 oyunda qələbə qazanan Famil Xəlilovun yetirmələri bu qarşılaşmaya da 3 xal istəyi ilə çıxıb. Bu, hissənin ortalarında hesabın açılması ilə nəticələnib.
Hüseyn Mürsəlov qonaqların qapısına yol tapıb. “Qırmızı-qaralar” ikinci hissədə daha məhsuldar olub. Öncə Ramin Doobi fərqi iki topa çatdırıb.
Mehrac Baxşalı penaltidən fərqlənərək, 3-cü qolun müəllifi olub. Görüşün sonlarında qol sevinci yaşayan Çiçin Akande matçda yekun nöqtəni qoyubsa, qonaqlar 2 qırmızı vərəqə alıb.
Beləliklə, böyükhesablı qələbə qazanan “Qəbələ” ardıcıl 6-cı dəfə üç xal əldə edib. 19 matçda 33 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
“Turan” üçün tur yaxşı nəticələnməyib. Tovuz təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşmada qapısında 3 cavabsız top görüb.
Mahmud Qurbanovun çalışdırdığı “Neftçi-2” Sumqayıt səfərindən 3:2 hesablı qələbə ilə dönübsə, “Sabah” Masazırda “Zirə”ni Kamran Quliyev (89) və Veysəl Rzayevin (90+3) vurduğu qollarla üstələməyi bacarıb
"Qəbələ-2" – "Səbail-2" 4:0
Qol: Hüseyn Mürsəlov, 28. Ramin Doobi, 51. Mehrac Baxşalı, 80-pen. Çiçin Akande, 85.
Qırmızı vərəqə: Zeynəddin Abdurahmanov, 73 (Səbail-2). Elşad Tağıyev, 82 (Səbail-2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 13:00
"Sumqayıt-2" – "Neftçi-2" 2:3
Qol: İbrahim Əliyev, 13. Ayxan Süleymanlı, 73 – Ağadadaş Salyanskiy, 30. Samir Qurbanov, 32. Emin Zamanov, 88.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30
"Qaradağ Lökbatan" – "Turan Tovuz" 3:0
Qol: Nodar Məmmədov, 51. Urfan İsmayılov, 73. Elnur Cəfərov, 89.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30
"Sabah-2" – "Zirə-2" 2:0
Qol: Kamran Quliyev, 87. Veysəl Rzayev, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 14:30
16 mart
"Zaqatala" – MOİK
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00
"Qarabağ-2" – "Keşlə-2"
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 14:30
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qaradağ Lökbatan | 17 | 12 | 2 | 3 | 31-11 | 38 |
| 2 | Kəpəz | 16 | 7 | 7 | 2 | 27-19 | 28 |
| 3 | Qarabağ-2 | 15 | 8 | 4 | 3 | 29-18 | 28 |
| 4 | Sabah-2 | 17 | 8 | 4 | 5 | 29-25 | 28 |
| 5 | Qəbələ-2 | 17 | 8 | 2 | 7 | 30-22 | 26 |
| 6 | Neftçi-2 | 17 | 8 | 2 | 7 | 32-30 | 26 |
| 7 | MOİK | 15 | 8 | 2 | 5 | 28-17 | 26 |
| 8 | Keşlə-2 | 16 | 7 | 4 | 5 | 22-16 | 25 |
| 9 | Zaqatala | 16 | 6 | 3 | 7 | 20-22 | 21 |
| 10 | Turan Tovuz | 17 | 5 | 2 | 10 | 18-29 | 17 |
| 11 | Sumqayıt-2 | 16 | 4 | 2 | 10 | 14-27 | 14 |
| 12 | Səbail-2 | 17 | 4 | 2 | 11 | 22-36 | 14 |
| 13 | Zirə-2 | 16 | 2 | 2 | 12 | 11-41 | 8 |
|
BOMBARDİRLƏR: |
|||||||

