Divizionda XVII turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Keşlə-2" doğma meydanda lider "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşma qonaqların minimalhesablı qələbəsiylə başa çatıb.
Sabir Allahquliyev 78-ci dəqiqədə fərqlənməklə, həm komandasına 3 xal qazandırıb, həm də qollarının sayının 13-ə çatdırıb və çempionatın bombardirləri yarışmasında liderliyini qoruyub.
Xallarını 35-ə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 25 xal toplayan "Keşlə-2" isə 5-ci yerdədir.
"Keşlə-2" - "Qaradağ Lökbatan" 0:1
Qol: Sabir Allahquliyev, 78

