AFFA-dan yeni mövsümə hazırlaşmaqla bağlı "Turan Tovuz"un məlumatlandırılmasını məlumat vermişdik.
Bölgə klubu artıq neçə gün əvvəldən lisenziya üçün lazım olan bütün sənədləri federasiyaya göndərib. Yalnız maliyyə mənbəyi ilə bağlı şərt xaric.
Bu tələbin yerinə yetirilməsi üçün son tarix növbəti ayın əvvəlidir. Getdikcə vaxt daralır, maliyyə mənbəyinin tapılması mütləqdir.
Amma Tovuz təmsilçisinin sponsor axtarışı nəticə vermir. Bu barədə klubdandan bizə məlumat verilib. Bildirilib ki, bir aydan artıq müddətdir döymədikləri qapı qalmayıb, ancaq yaxın duran, kömək əlini uzada bir kimsə tapılmayıb. Hər keçən gün olan-qalan ümidlər də puç olmaqdadır.
SPORTİNFO.AZ

