“Sabah” 10 nəfərlə geridönüş etdi, ”Qəbələ” Tovuzda “şahə qalxdı” – VİDEO+FOTOLAR

8 Mart 2022 19:20 I Divizion 1 322
“Sabah” 10 nəfərlə geridönüş etdi, ”Qəbələ” Tovuzda “şahə qalxdı” – VİDEO+FOTOLAR

I Divizionda XVII turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, “Qəbələ-2” səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Bunadək ardıcıl 4 qələbə qazanan “qırmızı-qaralar” bu dəfə də meydandan 3 xalla ayrılıb. Famil Xəlilovun yetirmələri matçın taleyini elə ilk yarıda həll edib.

Aqil Nəsibovun dublu və Mehrac Baxşalının penaltidən vurduğu top “Qəbələ-2”yə böyükhesablı qələbə qazandırıb - 3:0. Beləliklə, 16 oyundan sonra xal hesabını 23-ə çatdıran “Qəbələ-2” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

“Səbail”lə “Sabah”ın əvəzedici komandalarının görüşü daha dramatik keçib. Azər Bağırovun yarıyolda buraxıb getdiyi “dənizçilər“ oyunun gedişində 2:0 hesabı ilə önə çıxsa da, üstünlüyünü qoruya bilməyib.

Qonaqlar Samir Məhərrəmlinin 64-cü dəqiqədə qırmızı vərəqə almasından sonra da daha bir qol vuraraq, qələbəyə sevinən tərəf olub.

"Turan Tovuz" - "Qəbələ-2" 0:3

Qollar: Aqil Nəsibov, 15, 45, 3, Mehrac Baxşalı, 35 (pen)

"Səbail-2" - "Sabah-2" 2:3

Qollar: Rasim Hasanov, 29, Xəyal Bədirov, 49 - İldar Alekperov, 55, Xəyal Əliyev, 62, 89

Qırmızı vərəqə: Samir Məhərrəmli, 64 ("Sabah-2").

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 15 10 2 3 27-11 32
2 MOİK 15 8 2 5 28-17 26
3 Qarabağ-2 14 7 4 3 27-17 25
4 Keşlə-2 15 7 4 4 22-15 25
5 Kəpəz 15 6 7 2 25-19 25
6 Sabah-2 16 7 4 5 27-25 25
7 Qəbələ-2 16 7 2 7 26-22 23
8 Neftçi-2 15 7 2 6 28-26 23
9 Zaqatala 16 6 3 7 20-22 21
10 Turan Tovuz 16 5 2 9 18-26 17
11 Sumqayıt-2 14 4 2 8 12-22 14
12 Səbail-2 16 4 2 10 22-32 14
13 Zirə-2 15 2 2 11 11-39 8

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 12 qol
Mehrac Baxşalı ("Qəbələ-2") - 9 qol
Kamran Quliyev ("Sabah-2") - 8 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 7 qol
Əli Nəcəfli ("Qarabağ-2") - 6 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti