Azərbaycan I Divizionunda XVI turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Qəbələ-2" doğma meydanda "Keşlə-2"ni qəbul edib.
Qarşılaşma "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.
İlk yarının gedişində hesabda geri düşən Famil Xəlilovun yetirmələri fasiləyədək Fərid İsgəndərovun qolu ilə tarazlıq yaradıb. İkinci hissədə penaltini dəqiq yerinə yetirən Mehrac Baxşalı “Qəbələ-2”yə 3 xal qazandırıb.
Əzmkar qələbə sayəsində komandanın qalib gəldiyi oyunlar seriyası 4-ə çatıb. Bununla da xal hesabını 20-yə çatdıran “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb. 25 xal toplayan "Keşlə-2" isə 5-ci yerdədir.
"Qəbələ-2" - "Keşlə-2" 2:1
Qollar: Fərid İsgəndərov, 45, Mehrab Baxşalı, 61 (pen) - Elnur Süleymanov, 30 (pen)
Qırmızı vərəqə: Hüseyn Mürsəlov, 90 ("Qəbələ-2")

