Azərbaycan I Divizionunda XV turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşma Gəncə təmsilçisinin minimalhesablı qələbəsiylə başa çatıb.
Xallarını 25-ə yüksəldən "Kəpəz" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Qaradağ Lökbatan" isə liderliyini davam etdirir.
"Kəpəz" - "Qaradağ Lökbatan" 1:0
Qol: Emil Qasımov, 83

