Mənsimov kənarlaşdırıldı, 20 manat cərimə olundu

26 Fevral 2022 09:20 I Divizion 2 208
Mənsimov kənarlaşdırıldı, 20 manat cərimə olundu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutan iclasda I Divizionun XV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun XV turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Səbail-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);

“Səbail-2” komandasının futbolçusu Mehman Mənsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

MOİK vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur (maddə 54);

XV turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Bədir Ziyadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XV turun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti