Tanınmış azərbaycanlı futbolçu əməliyyat olunub.
Cavid İmamverdiyev cərrah masasına uzanmaq məcburiyyətində qalıb.
Xeyli vaxtdır sağ ayağındakı ağrılardan əziyyət çəkən və buna görə yaşıl meydanlardan uzaq qalan 31 yaşlı yarımmüdafiəçi Bakıda əməliyyat olunub.
1 saylı Kliniki Tibbi Mərkəzdə menisk yırtığına görə bıçaq altına düşən Cavidin əməliyyat xərclərini “Kəpəz” qarşılayıb.
Bir müddət əsa ilə gəzəcək İmamverdiyev, təxminən 1 aydan sonra məşqlərə başlayacaq. Ən yaxşı halda apreldə yaşıl meydanlara ayaq basacağı gözlənilir.
Bu barədə məlumatı Sportinfo.az-a səbəbkarın özü verib.
Cavid İmamverdiyev “Neftçi”, “Karvan”, “Sumqayıt” və “Sabah” kimi komandaların, eləcə də Azərbaycan millisinin formasını geyinib. O, həmçinin “Elazığspor”da legioner həyatı yaşayıb.
“10 nömrə” ötən yaydan “Kəpəz”in şərəfini qoruyur.
HƏBİB

