Bölgə klubundan yeni qərara REAKSİYA - "Premyer Liqaya qayıtmağı çox istəyirik"

2 Fevral 2022 22:20 I Divizion 1 285
Bölgə klubundan yeni qərara REAKSİYA - "Premyer Liqaya qayıtmağı çox istəyirik"

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda olacaq.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun bu gün keçirilən Hesabat Konfransında açıqlayıb.

İclasda iştirak edənlər arasında "Turan Tovuz"un idman direktoru Nadir Nəbiyev də olub.

Klub rəsmisi görüşdən sonra verilən qərarı Sportinfo.az-a belə şərh etdi:

"Mən özüm də iclasda iştirak edirdim. Məlumat verildi ki, növbəti mövsüm 10 komanda olacaq.

Əgər hər hansı fors-major halı olmasa. Təbii ki, biz də "Turan"nın Premyer Liqada olmasını istərdik. Amma bununla bağlı bizə hər hansı məlumat verilməyib.

Əsas odur ki, komanda sayı çoxalsın. Bölgə klubları Premyer Liqaya qaytarılsın. Buna çox sevindim".

Klub rəsmisi Premyer Liqaya qayıdacaqları halda güclənməyə ehtiyac duyduqlarını da dilə gətirib:

"Bu gün Birinci Divizionda çıxış edirik. Mövqeyimiz də bəllidir. Amma təbii ki, Premyer Liqa olduqdan sonra yeni heyət və əlavə güc lazım olacaq.

İnşallah, Premyer Liqaya yüksələcək iki komandadan biri "Turan" olacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti