"Hamı fikirəşir ki, AFFA "Turan" və "Kəpəz"i Premyer Liqaya buraxacaq, bizi yox"

19 Yanvar 2022 15:00 I Divizion 1 546
"Hamı fikirəşir ki, AFFA "Turan" və "Kəpəz"i Premyer Liqaya buraxacaq, bizi yox"

«Komandanı gücləndirə bilmirik, heç kim bura gəlmək istəmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

Bölgə təmsilçisi ötən illərdən fərqli olaraq, hazırda I Divizionda qeyri-sabit mövsüm keçirir.

Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 12 tur ərzində cəmi 15 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

M.Qurbanov bu vəziyyətin heyət problemindən qaynaqlandığını bildirib:

«Yayda bir neçə aparıcı futbolçu bizi tərk etdi. Onların yerinə gənclər gətirdik. Bu dəqiqənin özündə də çətinlik çəkirik.

Dəvət göndərdiyimiz futbolçular Zaqatalaya gəlmək istəmir. Təklif etdiyimiz şərtlər Bakıda və digər yerlərdə oynayanları razı salmır. Neçəsinə deyilib, imtina ediblər.

Açığı, Premyer Liqa söhbəti də bizə çox mane olur. Hamı fikirəşir ki, AFFA «Turan» və «Kəpəz»i gələn mövsüm Premyer Liqaya buraxacaq, bizi yox.

Bu cür xəbərlər o qədər yayılıb ki, istər-istəməz futbolçuların da fikrinə təsir göstərir. Deyirlər ki, onsuz da, «Zaqatala» yenə Premyer Liqadan kənarda qalacaq, biz ora niyə gələk. Bax, belə çətinliklərimiz var».

Digər Xəbərlər
Xəbər Lenti