Cavid İmamverdiyevin Premyer Liqa klubuna keçmək istəyi puç oldu

9 Yanvar 2022 23:20 I Divizion 2 518
Cavid İmamverdiyevin Premyer Liqa klubuna keçmək istəyi puç oldu

Cavid İmamverdiyev yenidən Premyer Liqa klubunda oynamaq həvəsinə düşüb.

O, bunun üçün "Səbail"də çıxış edən təcrübəli futbolçulara minnətçi düşüb. Belə ki, Cavid həmin futbolçulardan paytaxt klubunda çıxış etməsi üçün vasitəçi olmalarını xahiş edib. Hətta nizam-intizamla bağlı heç bir problem yaratmayacağını da söz verib.

Amma təcrübəli həmkarları onun istəyini yerinə yetirməkdən vaz keçiblər. İmtinaya səbəb Cavidin nizam-intizamsızlığını yenidən davam etdirəcəyindən ehtiyat etmələri olub.

İmamverdiyev hazırda Birinci Divizonda çıxış edən "Kəpəz"in şərəfini qoruyur. 32 yaşlı yarımmüdafiəçi birvaxtlar ölkənin ən istedadlı futbolçularından sayılırdı.

Milli komandamızın da şərəfini qorumuş oyunçu klub karyerasında "Neftçi", "Karvan", "Sabah", "Sumqayıt" və "Keşlə"nin şərəfini qoruyub. Qısa müddət isə Türkiyənin "Elazıspor" klubunda legioner həyatı yaşayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"