GÜNDƏM: AFFA Divizion komandalarına sponsor tapacaq?

25 Dekabr 2021 13:00 I Divizion 1 430
GÜNDƏM: AFFA Divizion komandalarına sponsor tapacaq?

AFFA yeni axtarışa çıxıb. Federasiya Premyer Liqadan sonra I Diviziona da titul sponsoru tapmaq fikrindədir.

Bununla bağlı müxtəlif şirkətlərə təkliflər paketi göndərilib.

Qurum cari süezonun sonunadək məsələni həll edəcəyinə ümid bəsləyir.

Çünki növbəti “futbol ili”ndən Premyer Liqanın əvəzedici komandalarının I Diviziondan ayrılması planlaşdırılır. Real tərəfdaş ortaya çıxarsa, onlardan gələcək vəsaitin 2/3 hissəsi iştirakçılar arasında bölüşdürüləcək.

Bir daha bildirək ki, Türkiyənin “Misli.com” şirkəti Azərbaycan Premyer Liqasının titul sponsoru olacaq.

Redaksiyamıza verilən informasıyaya görə, federasiyanın 2022-ci ildə yeni himayədarla imzalayacağı anlaşma elita klublarına əvvəl planlaşdırıldığından daha çox vəsait qazandıracaq.

Belə ki, hər bir iştirakşı 2,5 milyon manat əldə edəcək.

"Misli.com" şirkəti 2019-cu ildən “Demirören Holdinq”in tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti