Bölgə klubundan ağır cəzaya REAKSİYA - "Futbolçular robot deyillər axı"

24 Dekabr 2021 23:40 I Divizion 781
Bölgə klubundan ağır cəzaya REAKSİYA - "Futbolçular robot deyillər axı"

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda 1-ci divizionun 13-cü turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

Ən ağır cəza "Zaqatala"ya verilib. Belə ki, bölgə klubunun 3 futbolçusuna aldığı qırmızı vərəqələrə görə üst-üstə 5 oyun cəza verilib. Klub isə 200 manat cərimələnib.

Görəsən, kütləvi qırmızı vərəqələr "Zaqatala"dakı nizam-intizamsızlıqla bağlıdır, yoxsa "Neftçi-2" ilə matçda ciddi hakim səhvləri olub?

Komandanın baş məşqçisi Rüstəm Məmmədov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları deyib:

"Hər üç qırmızı vərəqə də haqqlı olaraq verilib. İlk iki qırmızı vərəqə sırf oyun epizodlarına görə olub. Bunu komandada olan hər hansı intizamsızlıqla əlaqələndirməzdim. Roini İsmayılov neçə illərdi komandamızda çıxış edir və heç qırmızı vərəqə almayıb. Mövsüm ərzində 3-4 sarı vərəqəsi ola-olmaya.

Yalnız üçüncü qırmızı vərqədə bu amili qabartmaq olar. Çünki oyun bitdikdən sonra hakimə aqressiv etiraz etdiyi üçün Elcan Şirinov qırmızı vərəqə alıb. Həmin oyunçu da 100% klub tərəfindən cərimələnəcək. Oyundan sonra mən soruşanda da öz hərəkətini etiraf etdi. Narazılığı da səbəbsiz olmayıb. Ağzı-burnu qan içindəydi. Oyunun gedişində rəqibin onu vurmasına hakim reaksiya verməmişdi. Elcan da əsbiləşib ki, heç olmasa rəqibə sarı vərəqə göstərmək lazım idi.

Hakimlərin hansısa xırda epizodlarda nöqsanları ola bilər. Məsələn, mən də sarı vərəqə aldım. Dördüncü hakimə etiraz etdim ki, baş hakim görmədiyi epizodlar qulaqcıqla niyə demirsən? Onda da vərəqə verildi ki, olmaz nəsə demək. Xırda nələrsə ola bilər. Futbolda normaldı. Robot deyillər axı. Əsəbi olduqları an da ola bilər. Bütün komandalarda olduğu kimi. Amma bunu komandada nizam-intizamın olmaması ilə əlaqələndirmək doğru deyil. Bizim komandada belə bir şey ola bilməz".

Digər Xəbərlər
Xəbər Lenti