Elxan Məmmədov açıqladı: "Bu ilin sonunadək…"

21 Noyabr 2021 13:40 I Divizion 1 915
Elxan Məmmədov açıqladı: "Bu ilin sonunadək…"

"Bu ilin sonunadək inşaat işləri başlanacaq".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib:

"AFFA ötən il UEFA və FIFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək".

Onun sözlərinə görə, akademiya ərazisində əlavə 2 meydança inşa ediləəck:

"Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti