“İmtina qərarı verməyimizin səbəbi…“ - AÇIQLAMA

13 Oktyabr 2021 11:40 I Divizion 1 266
“İmtina qərarı verməyimizin səbəbi…“ - AÇIQLAMA

Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları gün müəyyənləşib.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq.

Ölkə kubokunda püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək.

Kubok mübarizəsindən imtina edənlər arasında "Turan Tovuz" da var. Görəsən, digər bölgə klublarından fərqli olaraq, "Turan Tovuz" rəhbərliyinin belə qərar verməsinə səbəb nədir?

Qərb təmsilçisinin icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Ötən mövsüm kubokda iştirak etmişdik. İlkin mərhələdə doğma meydanda "Qəbələ"yə 2:0 məğlub olmuşduq. Yalnız bir dəfə imtina qərarı vermişik.

Bu il də eyni addımı atdıq. İmtina qərarı verməyimizin xüsusi səbəbi yoxdur. Strategiyamız dəyişib, komanda istənilən səviyyədə deyil.

Heyətə çox sayda gənc futbolçu dəvət olunub. İştirak edib, hər hansı güc göstərəcəyimizə də inanmadıq. Bu baxımdan işitark etmədik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda