.jpg)
“Qəbələ-2” I Divizionun II tursnda ilk ev oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda son çempion “Neftçi-2”ni qəbul edib.
“Qırmızı-qaralar” görüşün taleyini ilk yarıda vurulan 3 qolla həll edib. Xəyal Səmədov komandamızın Diviziondakı ilk qolunun müəllifi olub.
Fasilə ərəfəsində isə Mehrac Baxşalı və Aqil Nəsibov fərqlənib. Qonaqlar qarşılaşmanın uzatma dəqiqələrində bu toplardan birinin əvəzini çıxıb.
3:1 hesablı qələbə ilə aktivindəki xalların sayını 4-ə çatdıran “qırmızı-qaralar” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
“Qəbələ-2” mövsümə “Kəpəz”lə səfərdəki qolsuz heç-heçə ilə başlayıb.
“Qəbələ-2” – “Neftçi-2” 3:1
Qəbələ şəhər stadionu. 50 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Süleyman Damadayev, 14 (qeyri-idman hərəkəti) // Famil Camalov, 7 (qeyri-idman hərəkəti); Cavidan Rəhimli, 55 (qeyri-idman hərəkəti); Coşqun Əsədzadə, 89 (qeyri-idman hərəkəti)
Qollar: Xəyal Səmədov, 12; Mehrac Baxşalı, 40; Aqil Nəsibov, 44 // Famil Camalov, 90+1
Qolla nəticələnməyən penalti: Əli Sadıxov, 57
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Qəbələ-2”
22. Həsən Həsənli
88. Gülağa Əsədov
(26. Tural Əjdərli, 69)
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
80. Aqil Nəsibov
(16. Munaçi Okvara, 46)
33. Hüseyn Mürsəlov (k)
90. Xəyal Səmədov
(98. Fərid Kələntərov, 85)
74. Süleyman Damadayev
15. Çiçin Akande
(30. Nicat Oruclu, 33)
99. Emil Süleymanov
(44. Salman Ələsgərov, 46)
13. İbrahim Ramazanov
Ehtiyat oyunçular:
36. Elməddin Sultanov
66. Ülvü Mədətov
Baş məşqçi: Famil Xəlilov
“Neftçi -2”
41. Emin İsgəndərli
65. Əmrah Bayramov
(71. Coşqun Əsədzadə, 46)
98. Famil Camalov
79. Əli Sadıxov
(78. Elcan Əbilov, 65)
44. Seymur Əliyev (k)
54. Hüseyn Əhmədov
86. Xəqani Sadıxov
87. Nazim Məmmədzadə
(72. Emin Zamanov, 43)
75. Nihad Qurbanlı
73. Ramin Nəsirli
(18. Fərid İsgəndərov, 46)
67. Fariz Xeyrullayev
(32. Cavidan Rəhimli, 55)
Ehtiyat oyunçular:
94. Əlirza Müştəbazadə
90. Nicat Musayev
48. Ramin Tağıyev
74. Ağadadaş Salyanskiy
Baş məşqçi: Mahmud Qurbanov