"Kəpəz"in gündəmi - "Çempionluq sözü verə bilərsiz" sualına konkret cavab gəlmədi

14 Sentyabr 2021 13:00 I Divizion 505
"Kəpəz"in gündəmi - "Çempionluq sözü verə bilərsiz" sualına konkret cavab gəlmədi

Bu gün Birinci Divizionda mövsümə start veriləcək.

Yay fasiləsində yaxşı transferləri ilə yadda qalan və çempionluğa əsas namizəd sayılan "Kəpəz"in son durumu ilə maraqlanmağı məqsədə uyğun bildik.

Baş məşqçi Yaşar Vahabzadə Sportinfo.az-a bunları dedi:

"Yeni transferlərdən sonra hücum potensialımız güclənib. Müdafiədə bir az boşluqlar görünür. Bu da ola bilsin yoldaşlıq görüşlərinin azlığı ilə bağlı olsun. Daha çox oyun keçirsək anlaşma da daha yaxşı ola bilər".

Təcrübəli məşqçi "azarkeşlərə çempionluq sözü verə bilərsiz" sualına konkret cavab verməyib: "Çempionluq üçün komandanın potensialı var. Çalışacağıq gözəl və baxımlı oyunla azarkeşlərimizi sevindirək.

Komandanı formalaşdırmaq, istədiyin modeli komandaya aşılamaq vaxt aparır. Təbii ki, yüksək yerlər uğurunda mübarizə aparmağa çalışacağıq".

Gəncə təmsilçisi bu gün "Qəbələ-2" komandasını doğma meydanda qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti