Azərbaycanda klub rəhbərinin vəzifəsiylə vidalaşmasının SƏBƏBLƏRİ

13 Mart 2021 19:00 I Divizion 1 133
Azərbaycanda klub rəhbərinin vəzifəsiylə vidalaşmasının SƏBƏBLƏRİ

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidovun işdən çıxarılması barədə xəbər 3 gün öncə yayılsa da, o, təxminən 1 ay əvvəl vəzifəsindən azad edilib.

Mendiada yayılan məlumatlarda bildirilir ki, Elxan Məcidov Azərbaycan Silahlı Qüvəlləri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqova yaxın şəxs kimi tanınır.

O, bir müddət Nəcməddin Sadlqovun yavəri olub. Daha sonra Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Etimadı doğrultmadığından bir müddət sonra tutduğu vəzifədən azad edilib. Lakin işsiz qalmayıb. Nəcməddin Sadıqovun dəstəyilə MOİK-in rəisi vəzifəsinə təyinat alıb.

Nəcməddin Sadıqov işdən çıxarılandan az sonra isə vəzifəsini itirib.

İddialara görə, Elxan Məcidovun işdən çıxarılması yalnız Nəcməddin Sadıqova yaxın şəxs olması ilə bağlı deyil. Əsas səbəblər onun bir kadr kimi potensialının kifayət qədər aşağı olması və mənfi reputasiyası ilə tanınmasıdır.

Sportinfo.az-ın əldə etdiyi məlumataa görə, yaxınlarda I Divizion klubunda yoxlama aparılıb. Aşağı dəstədə uğursuz mövsüm keçirən MOİK-in maliyyə sənədləri təftiş olunub. Məcidovun iş yerini itirməsi həm də bununla bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"