“Kəpəz”in sponsoru məsələsi: "Biz həmin vaxt onunla görüşəcəyik"

12 Mart 2021 14:20 I Divizion 849
“Kəpəz”in sponsoru məsələsi: "Biz həmin vaxt onunla görüşəcəyik"

Ölkə futbolunun ən bəlalı yeri klublara sposnorluq etmək istəyən şəxslərin və ya şirkətlərin olmamasıdır.

2000-ci illərin əvvəlindən fərqli, əsrin ikinci onilliyində iş adamları futbola pul yatızdırmaqdan çəkinirlər ki, buna görə də bu gün “Qarabağ” istisna olmaqla, premyer-liqanın demək olar 7 klubu birbaşa və ya dolayısı ilə ARDNŞ-dən ayrılan vəsait hesabına ayaqüstə durmağı bacarır.

AFFA-nın yanvarda keçirilən konfransından sonra jurnalsitlərin suallarını cavablayan assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov növbəti mövsümdən elita təmsilçilərinin sayını artırmaq, 10 komandalı çempionat keçirmək niyyətində olduqlarını açıq mətnlə bildirdi.

Onun bu açıqlamasından sonra 9-cu komandanın “Turan Tovuz” olacağına şübhə etmədik. Çünki məhz həmin ərəfədə FİFA, UEFA və AFFA-nın maliyyə yardımı sayəsində Tovuzda yerli futbol akademiyasının açılışı olmuş, Tovuz stadionunda yenidənqurma işləri həyata keçirilmişdi.

Elitanın onuncusunun kim olacağı isə geniş müzakirə doğurdu. Bəziləri sonuncu xoşbəxt biletin sahibi kimi “Kəpəz”i, bəziləri də hazırda birinci dəstədə lider olan “Zaqatala”nı göstərdi.

Ancaq “Zaqatala”nın rəhbəri Musa Qurbanovun “Zaqatalada elita çıxış edəcək komanda yaratmaq çətindi. Nə iş adamları, nə də yerli icra strukturları komandaya sahib çıxır” şəklində ifadə işlətməsi bütün diqqətləri Gəncə klubuna yönəltdi.

Məhz həmin aralıqda Gəncə futbolunun “xaç atası” Mehman Allahverdiyev açıqlamasında “Kəpəz”ə sponorluq etmək istəyən var. Ancaq onun şərti belədi ki, gərək prezident kürsüsündə mən oturum.

Həmin şəxs fevralın sonunda Azərbaycana gələcək və AFFA ilə danışıqlara başalayacaq” söyləməsi gündəmi zəbt etdi. Allahverdiyev onda “Kəpəz”ə pul buraxmaq istəyən şəxsin adını çəkməsə də, əlaqələrimizi işə salıb, mümkün sponsorun Rusiyada yaşayan soydaşımız olduğunu öyrəndik.

Onu da bildik ki, Şahin Məmmədov iş adamı kimi Rusiyada böyük hörmət qazanıb, diaspor sədri kimi istər Azərbaycanda, istərsə də Rusiyada nüfuz sahibidi. Ehtiyatda olan generalın Gəncədə ictimai-iaşə obyektlərinin olduğunu da bizə bildirmişdilər.

Artıq təqvimdə fevral yox, martdı. Və Mehman bəyin dediyinə inansaq, “Kəpəz”ə sponsorluq etmək istəyən iş adamı artıq Azərbaycanda olmalıydı. Bəs görəsən, o gəlibmi?

Gəlibsə, Şahin bəyin qərarı nə oldu? Əslində ötən sayımızda bu suallara cavab öyrənmək istəyirdik. Ancaq Allahverdiyev zənglərimizə cavab verməmişdi.

Mehman bəyin cavabı belə oldu (Futbol+): “Bəli, ötən dəfə sizinlə danışanda kluba sponsorluq etmək istəyən iş adamının fevralın sonunda Azərbaycana gələcəyini bildirmişdim.

Mən ad çəkməsəm də, sonradan siz onun kim olduğunu müəyyənləşdirmisiz. Soydaşımız Rusiyada yaşayır və biznesinin də əhəmiyyəli hissəsi ordadı.

Bugünlərdə onun hazırda Gəncədə olan qardaşı ilə danışmışam. Onun dediyinə görə, Şahin bəy işlərinin çoxluğuna görə fevralın sonunda vətənə dönə bilməyib.

Novruz bayramı günlərində böyük ehtimalla, burda olacaq. Biz də həmin vaxt onunla görüşəcək, hər şeyi müzakirə edəcəyik.

Hələ ki AFFA-ya da bir söz deməmişik. Öz aramızda söhbət edib ortaq məxrəcə gələk ki, sonra daha yuxarı instansiyaya müraciət edək”.

Digər Xəbərlər
Xəbər Lenti