AFFA bölgə klubunu Premyer Liqaya hazırlayır

11 Mart 2021 14:00 I Divizion 1 472
AFFA bölgə klubunu Premyer Liqaya hazırlayır

AFFA-nın növbəti mövsüm premyer-liqada görmək istədiyi 1-ci divizion təmsilçisinin adı bəllidir.

“Turan Tovuz”un “feysbuk”dakı səhifəsində yer alan məlumata görə, assosiasiya kluba elitaya hazırlaşmaqla bağlı göstəriş verib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Tovuz klubunun rəhbərliyi ilə görüş olub.

Son iki mövsümdə aşağı dəstənin çempionu olan “Turan Tovuz” mənsublarına bildirilib ki, klubun lisenziyalaşdırma məsələləri ilə AFFA-nın nümayəndələri yaxından məşğul olacaq.

Yəni sənədlərdə ortalığa çıxacaq problemlər qurum səviyyəsində həllini tapacaq. Bu isə o deməkdi ki, AFFA komandanın maliyyə işlərini yoluna qoymağı da üzərinə götürəcək. İndiyə kimi əsas çatışmazlıq da bu idi.

Bir müddət əvvəl isə baza təmir olunub, akademiya yenidən qurulub. AFFA-nın premyer-liqada iştirakçı sayını 10-a çatdırmaqla bağlı planı ötən ildən var. Sadəcə, koronavirus pandemiyası buna mane oldu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!