"Niyə uda bilmirik? Özüm də neçə vaxtdır bu sual ətrafında baş sındırıram"

10 Mart 2021 16:40 I Divizion 813
"Niyə uda bilmirik? Özüm də neçə vaxtdır bu sual ətrafında baş sındırıram"

“Kəpəz” ölkə kubokunun 1/8 finalında “Sabah”ı mübarizədən kənarlaşdırarkən bir inda idman mediasının bütün diqqəti Gəncə təmsilçisinə yönəldi.

Telekanallarda, saytlarda, qəzetlərdə Yaşar Vahabzadənin komandasının tərifi göyə yüksəldi.

Bir çoxları artıq elə düşünürdü ki, premyer-liqa təmsilçisinə qalib gələn komandanın birinci divizionda qarşısına çıxan olmayacaq. Ancaq çempionatda tam fərqli mənzərəyə şahidlik edirik.

Sportinfo.az xəbər verir ki, “Kəpəz” qış fasiləsindən sonra keçirdiyi oyunlarda qələbəyə həsrət qalIB.

Yaşar Vahabzadənin komandasının martın 1-də səfərdə “Turan Tovuz”a uduzması isə odun üstünə benzin tökməyə bənzədi.

Gəncəli azarkeşlər komandalarının prinsipial qərb derbisində yenilgisini həzm edə bilmirlər və bunu sosial şəbəkələrdəki paylaşımları ilə büruzə verirlər.

Bəs “Kəpəz”də nə baş verir, komanda niyə qələbəyə həsrət qalıb? Onu da qeyd edək ki, hazırda hesabında 16 xal olan və 6-cı pillədə qərarlaşan “sarı-göylər” lider “Turan Tovuz”dan 16 xal geri qalır.

İknci pillədə olan “Zaqatala” ilə fərq 15, “Neftçi-2”I ilə 14-dü. Başverənlərə aydınlıq gətirmək üçün “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadəni aradıq.

Onu da bildirək ki, kluba yaxın mənbələrdən əldə etdiymiz bilgiyə görə, Tovuzda qeydə alınan məğlubiyyət baş məşqçini özündən çıxarıb və Yaşar bəy bugünlərdə çox əsəbidi.

Ancaq bizmlə söhbətdə bunun ötəri bir hiss olduğunu, növbəti oyuna hazırlaşdıqlarını söylədi (Futbol+):

“Uduzmaq həmişə pis təsir edir. Ola bilsin, Tovuzdakı matçdan sonra bir qədər əsəbləşmişəm. Ancaq indi olanları yaddan çıxarıb növbəti qarşılaşmalara hazırlaşmaq lazımdı.

Sizinlə danışmamış məşqdə idim. Uşaqlara uduzduğumuz oyunları unutmalarını tapşırmışam. Niyə qalib gələ bilmirik? Yaxşı sualdı, özüm də neçə vaxtdı bu sual ətrafında baş sındırıram.

Komanda şəklində, futbolçularla fərdi söhbət edirəm. Çalışıram onları psixoloji cəhətdən qarşıdakı matça hazırlayım. “Sabah”la oyunda çox yaxşı təsir bağışladıq.

Uduzsaq da, “Keşlə” ilə matçlarda da pis oynamadıq. Ancaq çempionatda işimiz yaxşı getmir. Mənə elə gəlir, “Zaqatala”ya yenilgi uşaqlara pis təsir göstərdi.

Həmin oyunun acısını unuda bilmədilər. Bundan başqa, hava şəraiti səbəbindən iki görüşümüz təxirə düşdü ki, bu üzdən komanda oyun ritmindən düşdü.

İndi çalışırıq ki, “qara zolaqdan çıxaq”. Bəli, ilk “üçlük”də qərarlaşan komandalarla aramızdakı xal fərqi çoxdu. Ancaq qarşıdakı turlarda qələbələr qazansaq, fərqi azalda biləcəyik.

“Turan Tovuz”la matçda futbolçularım çox çalışsalar da, nəticə ürəkaçan olmadı. Ümidszliyə qapılmaq düz olmaz. Nikbin olub qarşıdakı oyunlar barədə düşünməliyk.

Ən əsası buraxdığımız səhvlərdən dərs çıxarmalı, onları təkrarlamamalıyıq. Komandanın potensialı var və inanıram ki, uşaqlar özünə gəlib azarkeşləri sevindirəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti