“Kəpəz”ə sponsorluq etmək istəyən iş adamının olduğunu diqqətinizə çatdırmışıq.
Sportinfo.az xəbər verir ki, Rusiyada yaşayan Şahin Məmmədov adlı soydaşımız Gəncə təmsilçinə yatırım etmək niyyətindədir.
Onun yalnız bir şərti var ki, klub prezidenti kreslosunda Mehman Allahverdiyev əyləşsin. Həmin vaxt məsələ ilə bağlı Allahverdiyevin də fikrini öyrənmişdik.
Mehman bəy deyilənləri təsdiqləmiş, onu da əlavə etmişdi ki, iş adamı fevralın sonunda Gəncəyə gəlməlidir. Onunla görüşdən sonra hadisələrin necə inkişaf edəcəyi məlum olacaqdı.
Artıq martın ilk günləri olduğundan yenidən bu məsələ ilə maraqlandıq.
Mehman bəy zənglərimizi cavabsız qoysa da, Gəncədəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan iş adamı hələ Azərbaycana dönməyib. Və bu üzdən məsələ ilə bağlı heç bir yenilik yoxdur (Futbol+).

