AFFA bu kluba ”Premyer Liqaya hazırlaşın” tapşırığı verdi

7 Mart 2021 18:00 I Divizion 2 270
AFFA bu kluba ”Premyer Liqaya hazırlaşın” tapşırığı verdi

AFFA-nın növbəti sezon Premyer Liqada görmək istədiyi I Divizion təmsilçisinin adı bəllidir.

Federasiya “Turan” elitaya hazırlaşmaqla bağlı artıq xəbərdarlıq edib.

Bununla əlaqədar Tovuz klubunun rəhbərliyi ilə görüş olub. Son iki mövsümdə aşağı dəstənin çempionu adını qazanan “Turan” mənsublarına bildirilib ki, klubun lisenziyalaşdırma məsələləri ilə AFFA-nın nümayəndələri yaxından məşğul olacaq.

Yəni ki, sənədlərdə ortalığa çıxacaq problemlər federasiya səviyyəsində həllini tapacaq. Bu isə o deməkdir ki, AFFA “Turan”ın maliyyə işlərini yoluna qoymağı da öz üzərinə götürəcək.

Indiyə kimi əsas çatışmazlıq bu idi. Bir müddət əvvəl isə baza təmir olunub, akademiya qurulub.

AFFA-nın Premyer Liqada iştirakçı sayını 10-a çatdırmaqla bağlı planı ötən ildən var. Sadəcə, koronavirus pandemiyası bu planı ertələdi. İndi də problem yenə ondan yarana bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı