Ramil Şeydayevin "qırmızı" aldığı oyundan - VİDEO+FOTOREPORTAJ

7 Mart 2021 21:00 I Divizion 977
Ramil Şeydayevin "qırmızı" aldığı oyundan  - VİDEO+FOTOREPORTAJ

I Divizionda 16-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah-2" evdə "Qaradağ Lökbatan"a uduzub - 1:2.

Millimizin hücumçusu Ramil Şeydayev də "Sabah"ın əvəzedici heyətində yer alıb. .

25 yaşlı forvard görüşə start heyətdə başlayıb və 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Rəqib futbolçunun müdaxiləsindən sonra kiçik xəsarət alan Ramil ayağa qalxdıqdan sonra işlədiyi ifadələrə görə, baş hakim Fərid Hacıyev tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Şeydayevin nə dediyi eşidilməsə də, güman ki, təhqiramiz sözlərdən istifadə edib..

“Sabah-2” – “Qaradağ Lökbatan” 1:2

Qollar: Kamran Quliyev, 17 - Sabir Allahquliyev, 75, Əbdülkərim Ağamalıyev, 83

Qırmızı vərəqə: Ramil Şeydayev, 63 ("Sabah-2")

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"