Millimizin hücumçusu Divizionda meydandan qovuldu - FOTO

6 Mart 2021 17:40 I Divizion 1 413
Millimizin hücumçusu Divizionda meydandan qovuldu - FOTO

I Divizionda 16-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Tovuzda keçirilən "Turan Tovuz" - "Neftçi-2" qarşılaşmasında qalib müəyyənləşməyib - 2:2.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Sabah"ın əvəzedici komandasında meydana çıxıb.

25 yaşlı hücumçu "Qaradağ Lökbatan"la matçda iştirak edib. Görüşə start heyətdə başlayan Şeydayev 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşma "Sabah-2"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Sabah-2” – “Qaradağ Lökbatan” 1:2

Qollar: Kamran Quliyev, 17 - Sabir Allahquliyev, 75, Əbdülkərim Ağamalıyev, 83

Qırmızı vərəqə: Ramil Şeydayev, 63 ("Sabah-2")

“Turan Tovuz” – “Neftçi-2” 2:2

Qollar: Elçin Qasımov, 44, Nurlan Şabanov, 78 - Asim Əlizadə, 45+1 (pen.), İsmayıl Zülfüqarlı, 65

N Klublar O Q H M T-F X
1 Zaqatala 16 11 1 4 33-15 34
2 Turan Tovuz 15 9 6 0 25-8 33
3 Neftçi-2 15 9 4 2 26-12 31
4 Sabah-2 15 9 2 4 26-15 29
5 Qarabağ-2 16 7 2 7 22-18 23
6 Kəpəz 14 4 5 5 18-17 17
7 Qaradağ Lökbatan 15 3 4 8 12-22 13
8 Keşlə-2 15 3 3 9 17-36 12
9 Sumqayıt-2 14 2 3 9 14-28 9
10 MOİK 15 1 4 10 16-38 7
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!