"Kəpəz" qəsdən uduzdurulub" - Gəncədən AFFA-ya etiraz: VİDEO

15 Fevral 2021 11:00 I Divizion 1 160
"Kəpəz" qəsdən uduzdurulub" - Gəncədən AFFA-ya etiraz: VİDEO

Deyəsən, "Kəpəz"in Birinci Divizonda 6-cı yerdə getməsi və son turda "Zaqatala"ya məğlubiyyət azarkeşlərin səbr kasasını daşırıb.

Hər halda belə olmasaydı, azarkeşlər etirazlarını bildirmək üçün Sportinfo.az-a üz tutmazdılar.

Son günlər artıq neçənci gəncəli azarkeşin bizə yazdıqları etirazla qarşılaşırıq. Bu dəfə sizlərə stajlı "Kəpəz" azarkeşi olan Xətayi Hüseynovun fikirlərini çatdırırıq:

"Üzümü tuturam sizə, Yaşar müəllim. Başa düşürəm ki, müəyyən səbəblərdən "Kəpəz" yüksək liqada çıxış edə bilmir. Bu səbəbdən komanda hazırda ivizionda çıxış edir.

Burada komandanın lazım olan şəraiti var. Əlavə stadion verilib. Texniki problemlərdən azad oldunuz.

Yol problemləri artıq yoxdur. Şəmkir, Yevlax stadionlarına getmirsiniz. Az-çox divizionda oynamaq üçün imkanlar var. Futbolçular da gənclərdi.

Bu gün "Kəpəz"in Premyer Liqaya yüksəlmək şansları yaranıb, fikirlər irəli sürülüb. O zaman belə məqamda "Zaqatala"ya uduzmaqda məqsəd nə idi?

Niyə uduzduz? Gəncə idman şəhəridi. Yarım milyonluq əhalisi var. Bu gün mövcüd şəraitdə "Zaqatala" və "Turan Tovuz" bizə əsas rəqibdir.

Bu üç klubun əsas liqaya yüksəlmək şansı var. Siz oyunlara necə hazırlaşırsınız ki, gedib Zaqatalada biabırçı şəkildə uduzursuz. Adama müəmmalı gəlir.

Sanki "Kəpəz" qəsdən uduzdurulub. Bu nə laqeyd münasibətdi axı. Belə olmaz. Qarşıdakı oyunları udub, birinci yerə yüksəlmək lazımdır.

Biz də ictimaiyyət qarşısında tələb qoya bilək. Fikirlərimizi AFFA-ya çatdıraq. Bu bizdən yox, artıq sizdən asılı olan bir şeydi. Dövlət sizə maaş verib, normal şərait yaradıb.

Hər halda keçən ilkindən daha yaxşı şərait var. Xahiş edirik ki, komandanın vəziyyətini düzəldin. Yaşar Vahabzadə iki ildi komandanın başındadır.

Ortadada heç nə yox. Gəncədə baş məşqçi yoxdur?".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı