Yığmanın baş məşqçisi ŞİKAYƏTÇİDİR: "Divizionda cavan oynadan yoxdur"

12 Fevral 2021 15:00 I Divizion 738
Yığmanın baş məşqçisi ŞİKAYƏTÇİDİR: "Divizionda cavan oynadan yoxdur"

19 yaşlılardan ibarət yığmanın baş məşqçisi Samir Əliyev I Divizion klublarından şikayətlənib.

Sportinfo.az-a açıqlama verən mütəxəssis aşağı dəstə təmsilçilərinin gənclərə üstünlük vermədiyini bildirib.

O, düşərgəyə bölgə komandalarından az futbolçu çağrılmasını belə izah edib:

"Heyətdə Tovuzdan, Gəncədən futbolçular var. Təəssüf, Zaqataladan bu yaş qrupu üzrə futbolçu yoxdur ki, biz də dəvət edək.

Bir-iki nəfər limit olur, onları da dəvət edib yoxlayırıq. Əlbəttə, o bölgələrdən futbolçuların çox olmasını istərdik, amma hazırda bu say azdır.

Divizionda cavan oynadan yoxdur. Məcburiyyətdən limit oynadırlar. 19 yaşında futbolçu oynamalıdır ki, gedib dəvət edəsən. Əlbəttə, səviyyəsi qane edərsə".

Digər Xəbərlər
Xəbər Lenti