"Ona heç bir təklif göndərməmişik" – İcraçı direktor

12 Fevral 2021 09:40 I Divizion 800
"Ona heç bir təklif göndərməmişik" – İcraçı direktor

“Bu xəbəri mən mətbuatdan oxudum və açığı, bir qədər də təəccübləndim“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”ın icraçı direktoru Nadir Nəbiyev deyib.

FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunması barədə mediada iddialar yayılıb.

Bildirilib ki, onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.

Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. İlk mövsümdə gümüş medal qazanan gənc mütəxəssis daha öncə də uğurları ilə yadda qalıb.

“Bakı” Futbol Akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanan yeganə mütəxəssisdir.

“Turan Tovuz” Futbol Akademiyasına da PRO kateqoriyalı mütəxəssisin təyinatı məhz bu xidmətlərinə görə gerçəkləşib. Bir ara adı U-21-lə yanaşı hallansa da, AFFA rəhbərliyi Milan Obradoviçlə yola davam etməyi lazım bilib.

N.Nəbiyev bu informasiyanın həqiqəti əks etdirmədiyini, baş koordinator vəzifəsinə bir neçə namizədin olduğunu bildirib:

“Adil Şükürovla görüşümüz və söhbətimiz olmayıb. Ona heç bir təklif göndərməmişik. Niyə onun adı çəkilir, onu da bilmirəm.

Bir neçə namizəd var və ümumi məsləhətləşmədən sonra seçimimizi müəyyənləşdirəcəyik. Əcnəbi mütəxəssisə dəvət göndərməyəcəyimiz dəqiqdir, çünki real deyil.

Azərbaycan daxilində axtarışlarımız davam edir. Təyinatın nə vaxt olacağını söyləmək bu gün üçün tezdir“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!