QƏRİBƏ XAHİŞ: Kömək edin, komandaya baş məşqçi tapaq

7 Fevral 2021 22:40 I Divizion 913
QƏRİBƏ XAHİŞ: Kömək edin, komandaya baş məşqçi tapaq

MOİK başbilənləri maraqlı xahişdə AFFA-nın qapısını döyüb.

I Divizionda mübarizə aparan ordu klubu onlara baş məşqçi tapılmasında köməklik göstərilməsini istəyib.

11 turdan sonra 6 xalla turnir cədvəlinin son pilləsində yer alan komandanı hazırda Ramil Əliyev çalışdırır. Lakin MOİK rəhbərliyi «Rıba» ləqəbli məşqçinin fəaliyyətindən kəskin narazıdır və cari mövsümün geridə qalan hissəsinin nəticələri ilə əlaqədar ona şiddətli töhmət verib.

Problem ondadır ki, əksər mütəxəssislər maliyyə azlığı və digər səbəblərdən MOİK-də işləmək istəmir. AFFA bu məsələdə yardımçı olmağı qeyri-rəsmi şəkildə öz üzərinə götürüb.

Demə, federasiya «Keşlə»yə yollanmazdan öncə Sənan Qurbanova məhz MOİK-i təklif edib. Elə o da bu dəvətlə razılaşmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti