"Kəpəz" müharibədə iştirak edən 3 futbolçunu… JEST

7 Fevral 2021 16:20 I Divizion 914
"Kəpəz" müharibədə iştirak edən 3 futbolçunu… JEST

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” – “Keşlə” qarşılaşmasından öncə tədbir təşkil olunub.

Sportinfo.az xəbər verir ki, Vətən müharibəsi günlərində erməni təxribatçıların raket hücumu zamanı dağıntılardan zərər çəkimiş “Kəpəz”in üç veteranı Gəncə stadionuna dəvət alıb.

Müxtəlif illərdə klubun şərəfini qorumuş üç futbolçuya “Kəpəz” rəhbərliyi tərəfindən forma təqdim edilib. Bunlar Samir Allahverdiyev, Sahil Abdullayev və Emin Mustafayevdir.

Gəncə stadionu hazırda tələblərə cavab vermədiyindən arenada Azərbaycan Dövlət Himni, həmçinin heyət və tədbir diktor tərəfindən səsləndirilməyib.

Digər Xəbərlər
Xəbər Lenti