"İndiki halda əcnəbi yox, yerli mütəxəssis bu vəzifəni tutacaq"

6 Fevral 2021 15:00 I Divizion 1 088
"İndiki halda əcnəbi yox, yerli mütəxəssis bu vəzifəni tutacaq"

"Pandemiya ilə bağlı hələ yeni-yeni məşqlərə başlamışıq. Bundan sonra koordinator təyin olunmalıdır".

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a açıqlamasında belə deyib.

I Divizion təmsilçisinin nümayəndəsi yeni istifadəyə verilən akademiyaya koordinatorun hələ təyin olunmadığını bildirib:

"Təyinat məlum olandan sonra akademiyanın gələcəyi ilə bağlı o qərar verəcək. Hazırda axtarışlar gedir. Bir neçə variant olmalıdır ki, arasından seçim edilsin.

Böyük ehtimalla, indiki halda əcnəbi yox, yerli mütəxəssis bu vəzifəni tutacaq. Yerli deyəndə, mən tovuzlu məşqçiləri nəzərdə tutmuram. Koordinatorun məsuliyyət daşıdığı sahələr çoxdur.

O, həm ən yüksək məşqçi kateqoriyasınea malik olmalı, həm təşkilatçılıq bacarığı ilə seçilməli, həm də pedoqoq kimi özünü isbatlamalıdır.

Bir neçə il sonra Tovuzun özündə belə mütəxəssis üzə çıxa bilər, təəssüf ki, indi beləsi yoxdur".

N.Nəbiyev burada çalışacaq məşqçilər barəsində də danışıb: "Akademiya Tovuzda tikilibsə, o demək deyil ki, ancaq bu rayona aiddir.

Burada Gəncədən, Qazaxdan, Ağstafadan da məşqçilər ola bilər. Açığı, bizdə kifayət qədər kateqoriyalı məşqçilər var. Amma səlahiyyət koordinatorda olduğu üçün qərarı da o verəcək".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı