"Deputatların "Kəpəz"ə gəlişi "Sabah" üzərindəki qələbəyə görə deyildi"

31 Yanvar 2021 11:40 I Divizion 1 085
"Deputatların "Kəpəz"ə gəlişi "Sabah" üzərindəki qələbəyə görə deyildi"

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Sportinfo az-a müsahibə verib.

- "Sabah" üzərində qələbədən sonra Milli Məclisin Gəncədən olan deputatları komanda üzvlərilə görüşdü. Bu qələbə münasibətilə idi, yoxsa öncədən belə bir görüş planda vardı?

- Gəncədən olan deputatların "Kəpəz"lə görüşü "Sabah" üzərindəki qələbəyə görə deyildi. Bu oyundan öncə də belə görüşlər bizdə olub. Bu dəfə də komanda ilə görüşmək istədiklərini bildirdilər. Biz də görüşdük, söhbətləşdik. Göstərdikləri diqqətə görə təşəkkürümüzü bildirdik.

- "Kəpəz"in gələcək taleyi ilə bağlı hansısa müzakirələr aparıldı? Ümumiyyətlə, komandaya hansısa formada dəstək verilməsi planlaşdırılırmı?

- Onlar imkanları daxilində nə kömək lazım olsa, dəstək olmağa daim hazırdılar. Hər zaman yanımızda olduqlarını bildirdilər.

- Qarşıda "Keşlə" ilə ağır kubok görüşü var. Hazırlıqlar necə keçir?

- Hazırda komanda ilə Gəncədəki süni örtüklü meydançamızda hazırlığı davam etdiririk. Ab-hava kollektivdə yaxşıdır. İnamla "Keşlə" ilə oyuna hazırlaşırıq. Ayın 1-də Bakıya gələcəyik.

- Növbəti parlaq qələbə üçün komandada inam varmı?

- İnam hər zaman olmalıdır. Qarşıdakı rəqibdən asılı olmayaraq. İnam olmasa heç bir nəticə olmaz. Başa düşürük ki, rəqib Premyer Liqa klubudur. Hər bir cəhətdən "Keşlə" bizdən üstündür. Rəqibə hörmətlə yanaşırıq. Çalışacağıq bütün gücümüzü meydanda qoyaq. "Sabah" üzərində qələbədən sonra inam bir qədər də artıb. Əlbəttə ki, bu oyunda favorit "Keşlə"dir.

- "Keşlə" uğursuzluq zolağındadır. Və belə məqamda komanda baş məşqçi dəyişikliyi etdi. Yeni baş məşqçi Sənan Qurbanov komandasını ilk görüşə sizinlə oyunda çıxaracaq. Bu dəyişikliyi komandanız üçün mənfi hal saymaq olar?

- Bu gün futbolçularımla söhbətdə bunu vurğuladım ki, istər-istəməz yeni baş məşqçi gələndə hər bir futbolçu özünü sübut etməyə çalışacaq. Çox istəkli olacaqlar ki, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərə bilsinlər. Əlbəttə, bu, bizim üçün yaxşı deyil, amma hər zaman buna hazır olmalıyaq.

- Rəhbərlik "Sabah" üzərində qələbə görə mükafat söz vermişdi. Mükafatınızı ala bilmisinizmi?

- Bəli, almışıq. Söz verildiyi kimi komandan öz mükafatını aldı. Məbləğ önəmli deyil. Əsas odur ki, rəhbərliyin diqqəti var. Futbolçuların da hamısı razı qaldı.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti