"Bundan sonra daha məsuliyyətli olmalı, daha çox işləməliyik"

18 Yanvar 2021 13:00 I Divizion 946
"Bundan sonra daha məsuliyyətli olmalı, daha çox işləməliyik"

“Bu, təkcə Tovuz deyil, bütün Azərbaycan futbolu üçün mühüm hadisədir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev deyib.

Eyni zamanda “Turan Tovuz“un icraçı direktoru postunu tutan funksioner klubun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılışı barədə fikirlərini söyləyib.

Yanvarın 16-da keçirilən tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan"ın İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.

Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb.

Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

N.Nəbiyevin bildirdiyinə görə, yaradılan şərait klubun öhdəliklərini bir qədər də artırır: “Tamamilə müasir standartlara cavab verən bir bazamız və akdemiyamız var artııq.

Bölgədə belə bir infrasturkturun yaradılmas mühüm hadisədir. Saytınız vasitəsilə bir daha AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, klubumuza bu imkanı yaratdılar.

Bundan sonra daha məsuliyyətli olmalı, daha çox işləməliyik. Hamı bilir ki, Tovuz futbol rayonudur və buradan həmişə istedadlı yeniyetmələr, gənclər çıxıb.

Əminəm ki, klubumuzun yetirmələri getdikcə daha da artacaq. Çünki bu şəraitin qarşılığında uşaqların yetişməməsi mümkün deyil.

Rövnəq müəllim tədbir zamanı çox düzgün qeyd etdi ei, akademiya yalnız futbola xidmət etməməlidir, eyni zamanda, uşaqların təlim-tərbiyəsində mühüm rol oynamalıdır, onları Azərbaycana layiqli kadr kimi yetişdirməlidir.

Burada təhsil çox önəmlidir. Yəni, akademiyaya qəbul olunanlar hərtərəfli insan olaraq yetişməli, cəmiyyətə xidmət etməlidir. Tovuz bu günü çoxdan gözləyirdi.

Bilirəm ki, akademiyanın açılması övladlarını futbola aparmaq istəyən yüzlərlə valideyni daha da həvəsləndirib.

“Turan“ın daha da böyüməsi və inkişafı istiqamətində AFFA-nın atdığı bu addım hər birimizi sevindirir. çalışcağıq ki, onların gözləntilərini doğruldaq, milli komandaları istedadlı nəsillə təmin edək“.

Digər Xəbərlər
Xəbər Lenti