"Neftçi" kmi komandaya qarşı oynamaq xoş idi"

11 Yanvar 2021 11:40 I Divizion 859
"Neftçi" kmi komandaya qarşı oynamaq xoş idi"

"Bizimlə oynamağa razılıq verdiyi üçün "Neftçi" rəhbərliyinə təşəkkür edirəm. Belə bir komandaya qarşı oynamaq bizim üçün də xoş idi".

Bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"ilə yoxlama görüşü (0:1) barədə Sportinfo.az-a açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandasının oyunundan razılığını dilə gətirib: "Oyun planından razı qaldım. Cəmi dörd gündür məşqlərə başlamışıq.

Uşaqlar pis görsənmədilər. Yaxşı mübarizə apardıq. Çatışmayan cəhətlərimiz var. Onların üzərində işləmək lazımdır".

I Divizionda mübarizə aparan Gəncə təmsilçisinin çalışdırıcısı "Neftçi"nin minimalhesablı qələbəsini hazırlığın yeni başlaması ilə əlaqələndirib:

"Nəticəyə görə deməzdim ki, "Kəpəz" daha yaxşı oynadı. Həm "Neftçi", həm də biz 4-5 gündür məşq edirik.

Hazırlıq hələ təzə başlayıb. Hər iki tərəfdən futbolçular özünü yaxşı tərəfdən göstərməyə çalışırdı".

Digər Xəbərlər
Xəbər Lenti