"Kəpəz" – Bu yanda "Turan", o yanda "Neftçi"

6 Yanvar 2021 16:00 I Divizion 793
"Kəpəz" – Bu yanda "Turan", o yanda "Neftçi"

"Kəpəz" dünəndən doğma şəhərdə hazırlıqları bərpa edib.

Komanda toplanış müddətində 2 yoxlama görüşü keçirməyi planlaşdırır.

Artıq rəqiblərin adı da məlumdur. Bunu Sportinfo.az-a açıqlamasında Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.

Çalışdırıcı rəqiblərdən birinin "Turan Tovuz" olacağını bildirib. Artıq görüşün keçirilmə vaxtı məlumdur. Oyun 17 yanvar tarixində baş tutacaq.

Vahabzadə digər rəqibin "Neftçi" olacağını da sözlərinə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti