Biz də neçə ildir Premyer Liqada çıxış etmək istəyirik

25 Dekabr 2020 17:40 I Divizion 1 654
Biz də neçə ildir Premyer Liqada çıxış etmək istəyirik

«Biz də Premyer Liqada çıxış etmək istəyirik, neçə ildir bu arzuyla yaşayırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Əyalət klubunun çalışdırıcısı bir neçə ildir I Divizionda mübarizə apardıqlarını, artıq elitanın şhavasını hiss etməyə hazır olduqlarını bildirib:

«Neçə ildir eşidirik ki, AFFA Premyer Liqada klub sayını artırmaq istəyir. Hər mövsümün əvvəli bu söhbət qalxır, vaxtı çatanda isə məlum olur ki, say artımı olmayacaq.

İndi də bu məsələ gündəmdədir. Amma yenə dəqiq bilinmir ki, AFFA bunu edəcəkmi? Əgər həqiqətən AFFA klub sayını artıracaqsa, mən də çox istərdim ki, «Zaqatala» o siyahıda yer alsın.

Premyer Liqanın bəzəyi bölgə klublarıdır. Zaqatala da futbol zonasıdır. Burada futbol həmişə olub.

Bizdə olan şərait bəlkə də əksər Premyer Liqa klublarında yoxdur. Bazamız, stadionumuz, qalmağa yerimiz… Futbol üçün nə istəsəz, var.

«Zaqatala»nı Premyer Liqaya buracsadar, rayonda futbola maraq bir qədər də artacaq. Mən demirəm ki, Divizionda aşağı yerləri tutsaq, AFFA bizi Premyer Liqaya buraxmalıdır. Bu, düzgün yanaşma deyil.

Ona görə də çalışırıq ki, yuxarı yerlərdə olaq, medallar uğrunda mübarizə aparaq. Üç ildir belədir. Daim mövsümü turnir cədvəlinin yuxarı pillələrində başa vururuq.

Biz öz üzərimizə düşəni edirik. Burada əsas məsələ maliyyədir. Onu təşkil etmək isə AFFA ilə klub rəhbərliyinin səlahiyyətindədir, biz buna qarışa, problemi həll edə bilmərik.

Bir məşqçi kimi mənim üzərimə düşən iş yaxşı komanda hazırlamaq, gənc futbolçuları üzə çıxarmaqdır. «Zaqatala» Premyer Liqada çıxış eləsə, milliyə də xeyli sayda istedadlı futbolçu verərik».

Digər Xəbərlər
Xəbər Lenti