Mənsimov danışdı: "Sabah"a fayda vermək gücündə olan gənclərimiz var"

23 Dekabr 2020 19:00 I Divizion 961
Mənsimov danışdı:  "Sabah"a fayda vermək gücündə olan gənclərimiz var"

"Arxada qalan 11 turda komandanın çıxışın normal qiymətləndirirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah-2"nin baş məşqçisi İlqar Mənsimov deyib.

Masazır təmsilçisinin əvəzedici komandası I Divizionda uğurlu mövsüm keçirir. Gənclər sezonun geridə qalan 11 həftəsində 20 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mənsimov divizonun səviyyəsini gənclərin inkişafı üçün yetərli sayır: "Komandamız cavandır. Heyətdə çox sayda gənc futbolçumuz var. Komandaya son 3 ayda gəlmişəm.

İstədiyimiz oyunu getdikcə tapırıq. Son turu çıxsaq, ona kimi olan çıxışımız qanedicidir. Ümumilikdə vəziyyəti yaxşı qiymətləndirirəm.

Hesab edirəm ki, gənc futbolçuların inkişafı üçün birinci divizionda potensial var.

Ən azından rəqib komandalarda olan yaşlı futbolçulara qarşı oynamaqla təcrübə yığırlar. Uşaqlar hər biri çalışır böyük komandalarda oynasın. Daha çox rəqabət görsünlər".

Gənc mütəxəssis əsas komandaya düşəcəyinə ümid etdiyi gənclərdən də söz açıb: "Əsas komandaya fayda vermək gücündə olan gənclərimiz var.

Sadəcə ad çəkmək istəməzdim. Çünki bu digər futbolçulara psixoloji olaraq zərbə ola bilər. Amma belə futbolçuların olduğunu deyə bilərəm. Həm də belələri bir deyil, iki deyil, çoxdur".

O, liderlər qrupunda yer alsalar da, heç də qarşılarına "mütləq orda olmalıyıq" deyə bir hədəf qoyulmadığını bildirib: "Biz tapşırıqlarımızı veririk, onlar da oynayır. Düzgün futbol oynayanda nəticə də özü gəlir.

Qətiyyən liderlər qrupunda olmalıyıq deyə bir hədəf yoxdur. Əsas gözəl oyuna, düzgün müdafiə olunmağa, hücumlara sürətli çıxmağa diqqət edirik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!