Divizion klubunun futbolçularından ŞƏHİDLƏRƏ BÖYÜK SAYĞI - VİDEO

16 Dekabr 2020 00:42 I Divizion 1 226
Divizion klubunun futbolçularından ŞƏHİDLƏRƏ BÖYÜK SAYĞI - VİDEO

Azərbaycan birinci divizionunun 10-cu turunda ötən gün MOİK-lə qarşılaşan "Turan Tovuz" nümunəvi addımla fərqlənib.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisisinin futbolçuları 2:0 hesabı ilə qalib gəldikləri oyunda əsgər və şəhidlərimizi yad ediblər.

Vidadi Cəfərovun vurduğu ilk qoldan sonra futbolçular şəhidlərimizin ruhuna ehtiram olaraq formalarındakı nömrələrlə 2783 rəqəmini yaradıblar. Digər futbolçular isə əsgər salamı verib.

"Turan Tovuz" 24 xalla turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti