“Divizion klublarında potensiallı futbolçular var“

15 Dekabr 2020 15:00 I Divizion 656
“Divizion klublarında potensiallı futbolçular var“

“Birinci divizion klublarında potensiallı futbolçular var“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Kəpəz“in baş məşqçisi Yaşar Vahabzadəyə məxsusdur.

I Divizionda mübarizə aparan Gəncə təmsilçisiinin çalışdırıcısı mövsümün qalan hissəsi üçün iddiaları barədə danışıb:

“Onlara vaxt lazımdır ki, peşəkarlaşsınlar, ustalıqlarını artırsınlar. Onlar hələ oyun təcrübəsi qazanmalıdılar. Həm bizdə, həm də başqa klublarda gənc, üzə çıxmağa layiq futbolçular var.

Hazırda Premyer Liqa klublarında da çoxlu gənc futbolçu var. Onlar orda oynayırlarsa, deməli, əvəzedici komandalardan, 1-ci divizion klublarından ora gedib çıxıblar.

Mövsümün əvvəlində də demişdim, komandamız əsasən gənc futbolçulardan ibarətdir. Onlardan bir neçəsini yetişdirib, üzə çıxarıb, müxtəlif yaş qrupu üzrə komandalara qazandıra bilsək, bu, bizim üçün uğur olar.

Futbolçularıma da deyirəm, nəyəsə nail olmaq istəyiriksə, çox işləməli, çalışmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!