Baş məşqçi səlahiyyətlərini icra edirdi, təyinatı RƏSMİLƏŞDİ

29 Dekabr 2023 09:40 I Divizion 2 832
Baş məşqçi səlahiyyətlərini icra edirdi, təyinatı RƏSMİLƏŞDİ

I Liqada növbəti baş məşqçi təyinatı rəsmiləşib.

Elgiz Kərəmli çempionatda ilk mövsümünü keçirən «Difai»nin çalışdırıcısı olaraq təsdiqlənib.

Buna kimi baş məşqçi səlahiyyətlərini icra etmiş gənc mütəxəssislə gələn ilin yayınadək müqavilə imzalanıb. Onun qarşısına konkret vəzifə qoyulub - «fədailər»i I Liqada saxlamaq.

Ağsu təmsilçisi geridə qalan 12 turda 4 xal toplayıb. Debütant bu göstərici ilə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti