Avroliqa oyunu "Zirə"nin transfer planlarını pozdu

19 Sentyabr 2020 09:28 Zirə 994
Avroliqa oyunu "Zirə"nin transfer planlarını pozdu

"Zirə"növbəti transferinin yolunu daha bir müddət gözləmək məcburiyyətində qalıb.

"Şkendiya"nın kapitanı Valen Ahmedi oktyabrın 2-dən tez Azərbaycana gəlməyəcək.

Səbəbi sadədir: Şimali Makedoniya klubu Avropa Liqasında çıxışını davam etdirir. "Sumqayıt"ı yarışın ilkin məirhələsindən uzaqlaşdıran "Şkendiya" II turda “Botoşani”ni Rumıniyada 1:0 hesabıyla məğlubiyyətə uğradıb.

Komanda üçüncü etapda İngiltərədən "Tottenhem"lə qarşılaşacaq və yarımmüdafiəçi məhz bu matçdan sonra yolunu ölkəmizdən salacaq. Cütülün qalibi pley-off mərhələsində "Rostov" (Rusiya) / "Makkabi" Hayfa (İsrail) duelindən uduşlu çıxan tərəflə üz-üzə gələcək.

Zirənin eyniadlı klubu sözügedən yarımmüdafiəçi ilə 1+1 illik müqavilə şərtlərini razılaşdırıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"