"Zirə"nin sahibi ondan gözlənilən QƏRARI VERDİ

6 Aprel 2020 17:24 Zirə 1 176
"Zirə"nin sahibi ondan gözlənilən QƏRARI VERDİ

Orxan Məmmədov fəxri prezidenti olduğu «Zirə» ilə bağlı yeni qərar qəbul edib.

Premyer Liqa bərpa olunarsa, komanda mövsümün sonunadək mükafat almayacaq.

Sportinfo.az-ın məlumatına görə, bu, klubun maliyyə dayaqlarının zəifləməsi ilə əlaqəli deyil.

Orxan bəyin atdığı addım komandanı bir məqsəd ətrafında konsentrasiya etmək niyyətindən irəli gəlir. İşdir, «qartallar» qarşıya qoyulan hədəfə – avrokuboklara vəsiqə qazansa, udulan oyunların mükafatı hesablanaraq, futbolçular arasında bölünəcək.

«Zirə» 20 turdan sonra 5-ci pillədə qərarlaşıb. 23 xala malik qəsəbə təmsilçisi 4-cü sıradakı «Sumqayıt»dan yalnız top fərqinə görə geri qalır. Zaur Həşimovun çalışdırdığı kollektiv ölkə kubokunda yarımfinala yüksəlib və finala çıxmaq üçün «Qəbələ»ni mübarizədən kənarlaşdırmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti