Millimizin qapıçısı məşhur klubun TRANSFER SİYAHISINDA

16 Mart 2020 13:40 Zirə 1 760
Millimizin qapıçısı məşhur klubun TRANSFER SİYAHISINDA

"Zirə"də çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev Yunanıstan təmsilçisi "Panatinaikos"un namizədləri sırasına daxil edilib.

Sportinfo.az "Newspao.gr" saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiperin adı Kipr "Omoniya"sında çıxış edən Fabiano Ribeyro, Portuqaliya "Tondela"sından Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə eyni siyahıdadır.

Bildirilib ki, "Panatinaikos" yay transfer dönəmində azad agent statusuna malik olan və maaşı 200 min avrodan yuxarı olmayan qapıçı transfer edəcək.

Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi