"Zirə" hesabatı: 50-15-15

11 Fevral 2020 09:14 Zirə 560
"Zirə" hesabatı: 50-15-15

Premyer Liqanın 16-cı turu “Zirə”nin legioneri Riçard Qadze üçün yubileylə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, qanalı hücumçu “qartallar”ın heyətində 50-ci oyununu keçirib. Bu, “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib.

Qadze “Zirə”nin tarixinə 50 və daha çox oyun keçirən 15-ci futbolçudur. O, Premyer Liqada 42, UEFA Avropa Liqası və Azərbaycan kubokunun hərəsində 4 görüşə çıxıb.

100-ü yarılayan forvardın hesabında 15 qol var. O, 2016/17 mövsümündə 11, 2017/18 mövsümündə 29, cari mövsümdə 10 matçın iştirakçısı olub.

Riçardın “Zirə”də ilk oyunu 2017-ci il fevralın 2-də baş tutub. O, Premyer Liqanın “Qarabağ”la səfər matçının (0:2) ikinci hissəsində meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı