"Zirə" yola salır, Cavid Hüseynov getmir

29 Dekabr 2019 19:43 Zirə 1 768
"Zirə" yola salır, Cavid Hüseynov getmir

"Qəbələ"dən Davit Volkovla "Səbail"dən Ağabala Ramazanovu transfer edən "Zirə"nin baş məşqçisi Zaur Həşimovun bir neçə futbolçu ilə yanaşı, Cavid Hüseynovu da komandada görmək istəmədiyini xəbər vermişdik.

Sportinfo.az-a daxil olan informasiyaya görə, 31 yaşlı yarımmüdafiəçi ilə gənc mütəxəssisin bu məsələ ətrafında növbəti danışığı uğursuz yekunlaşıb. Hüseynov Həşimovun "get" tələbinə müsbət razılıq verməyib.

Qəsəbə təmsilçisi ilə ilyarımlıq müqaviləsi qalan millimizin futbolçusu anlaşmanın sonuna qədər "Zirə"də qalacağını deyib. Hətta müqaviləsi bitənə qədər əvəzedici heyətdə belə, oynamağa hazır olduğunu bildirib.

"Zirə"yə bu yay "Qəbələ"dən gələn təcrübəli yarımmüdafiəçinin illik müqaviləsi 200 min manat civarındadır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!